Zeyd Ələsgərov Sofiyada keçirilən mundialda bürünc medal qazandı

Zeyd Ələsgərov Sofiyada keçirilən mundialda bürünc medal qazandı

Bolqarıstanın paytaxtı Sofiyada cüdo üzrə yeniyetmələr arasında dünya çempionatı keçirilir.

"Mediasport" xəbər verir ki, Zeyd Ələsgərov (60 kq) 3-cü yer uğrunda Toai Haşima ilə üz-üzə gəlib və qələbə qazanıb.

Beləliklə, o, mundialı bürünc medalla başa vurub.

Xatırladaq ki, yarışın ilk günündə Anar Quliyev (50 kq) də bürünc medala sahib çıxmışdı.