Azərbaycan paracüdoçuları Dünya Kubokunda yarışacaq
Azərbaycanın paracüdo üzrə millisi Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək Dünya Kubokunda mübarizə aparacaq.
"Mediasport" xəbər verir ki, bu gün start götürəcək yarış iki gün davam edəcək.
Ölkəmiz kişilərin mübarizəsində İsmayıl Muradov (J1, 70 kq), Əbdülərrəhman Rzazadə (J1, 70 kq), Məhəmməd Əkbərov (J2, 70 kq), Saleh Sultanov (J1, 81 kq) və Mehman Hüseynov (J1, +95 kq) ilə təmsil olunacaq.
Qadınlar arasında isə Dürsədəf Kərimova (J2, +70 kq) və Xatirə İsmiyeva (J1, +70 kq) yarışacaq.
Komanda turnirə baş məşqçilər İbrahim İbrahimov və Ramin İbrahimovun rəhbərliyi altında yollanıb.
