Azərbaycanın 26 cüdoçusu Qratsda Avropa Kubokunda iştirak edəcək

Azərbaycanın 26 cüdoçusu Qratsda Avropa Kubokunda iştirak edəcək

Azərbaycanın 26 cüdoçusu Avstriyanın Qrats şəhərində keçiriləcək gənclər arasında Avropa Kubokunda iştirak edəcək.

Bu barədə "Mediasport"a Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

Yarış mayın 30-31-də Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutacaq.

Turnirdə 11 çəki dərəcəsində (16 oğlan, 10 qız) ilə təmsil olunacaq komandamız gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli, məşqçi Elxan Rəcəbli, qadınlardan ibarət yığmanın böyük məşqçi Saşa Herkenrat-Vimar və yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılovun rəhbərliyində yarışacaq.

Beynəlxalq yarışda 34 ölkədən 676 cüdoçu (420 oğlan, 256 qız) mübarizə aparacaq.

Ədalət təmsilçiləri arasında Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, A kateqoriyalı beynəlxalq dərəcəli hakim Arzu Acalova da yer alacaq.


Oğlanlar


60 kq

Ayxan Mirzəzadə

66 kq

Nihad Məmişov

Məhəmməd Musayev

Sadiq İsgəndərli

73 kq

Mehdi Cəfərov

Əbil Yusubov

Səlim Sultanov

81 kq

Cəsur İbadlı

Mehdi Abbasov

Roman Qarayev

90 kq

Aslan Kotsoyev

Əli Qazıməmmədov

Süleyman Şükürov

100 kq

Davud Namazlı

Canpolad Əliyev

+100 kq

Ramazan Əhmədov


Qızlar


48 kq

Nərgiz Əhmədova

Gülşən Hüseynova

52 kq

Çinarə Sadıqova

Aysun Məmmədova

Nuranə Hacızadə

Fəridə Mirzəyeva

57 kq

Xədicə Qədəşova

Aytən Verdiyeva

63 kq

Nilgün Rzayeva

Ayan Əliyeva