"Deyə bilmərik ki, hər çəki dərəcəsində medal qazanacağıq"
"Deyə bilmərik ki, hər çəki dərəcəsində medal qazanacağıq. Lakin idmançılarımızın hər birinin medal uğrunda güləşmək potensialı var".
"Mediasport" xəbər verir ki, bu sözləri Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu deyib.
Federasiya rəsmisi Bakıda keçiriləcək dünya çempionatına həsr olunmuş mətbuat konfransında iştirak edib.
O, milli komandanın qarşısına konkret medal hədəfi qoymadıqlarını bildirib:
"Bizim üçün əsas olan odur ki, hər bir idmançımız sonadək mübarizə aparsın və məşqçilərin verdiyi tapşırıqları tam yerinə yetirsin. Əgər bunu görsək, nəticənin də gələcəyinə inanırıq”.
Qeyd edək ki, dünya çempionatı oktyabrın 4-11-də təşkil olunacaq.


