Paytaxt klubunu Gəncəyə dəyişdi
Heyətini gücləndirməklə məşğul olan "Gəncə" voleybol klubu yeni transfer edib.
"Mediasport" xəbər verir ki, qərblilər Militsa Vukoviçlə müqavilə bağlayıblar.
Karyerası ərzində Serbiya və Portuqaliya çempionatlarında da oynamış serbiyalının son klubu Yüksək Liqada "Abşeron" olub.


