Türkiyə millisi dünya çempionatını ikinci pillədə başa vurdu - FOTO

Qadın voleybolçular arasında dünya çempionatının final oyunu keçirilib.
"Mediasport" xəbər verir ki, həlledici matçda İtaliya Türkiyəni 3:2 (25:23, 13:25, 26:24, 19:25, 15:8) hesabı ilə məğlub edib və mundialın qalibi olub.
Türkiyə yarımfinalda Yaponiyanı mübarizədən kənarlaşdırıb - 3:1 (16:25, 25:17, 25:18, 27:25).
İtaliya isə Braziliyanı 3:2 hesabı ilə üstələyib - 3:2 (22:25, 25:22, 28:30, 25:22, 15:13).
Voleybol üzrə dünya çempionatı avqustun 22-dən sentyabrın 7-dək Taylandın 4 şəhərində (Banqkok, Nakhon Raçasima, Çianq May və Phuket) keçirilib.