Parakarateçilərimiz Avropa çempionatına iki medalla başladı

 Parakarateçilərimiz Avropa çempionatına iki medalla başladı

Azərbaycan parakarateçiləri Almaniyanın Frankfurt şəhərində Avropa çempionatına uğurla aşlayıblar.

"Mediasport" xəbər verir ki, ilk gündə iki idmançımız medal qazanıb.

K10 kateqoriyası üzrə Fərrux Qaybaliyev və Aysel Əhmədli bürünc mükafat əldə ediblər.

Xatırladaq ki, qitə birinciliyində K30 kateqoriyası üzrə Vidadi Xalıqov və Eldar Əhmədov, həmçinin K22 kateqoriyasında Ercan Aslan gücünü sınayacaq.