"Sabah" Türkiyədə "Antalya Friendship Cup"da 1-ci yeri tutdu
"Sabah"ın U-12 komandası Türkiyənin Antalya şəhərində keçirilən "Antalya Friendship Cup" turnirində uğurla çıxış edib.
"Mediasport" xəbər verir ki, təmsilçimiz yarışın qalibi olub.
Qrup mərhələsini birinci pillədə başa vuran Məhərrəm Müslümzadənin baş məşqçisi olduğu kollektiv yarımfinalda Litvanın "Margiris" klubuna 1:0 hesabı ilə qalib gəlib.
Finalda Rusiyanın "Yunayted Yekaterinburq" komandasını 3:0 hesabı ilə məğlub edən U-12 kubok və medallara sahib çıxıb.
