Bakıda Avropa çempionatının açılış mərasimi təşkil edildi

 Bakıda Avropa çempionatının açılış mərasimi təşkil edildi

Bakıda qadın voleybolçular arasında Avropa çempionatının açılış mərasimi keçirilib.

"Mediasport" xəbər verir ki, tədbir Milli Gimnastika Arenasında baş tutub.

Arenada azarkeşlər üçün maraqlı şoular təşkil edilib.

Ardınca açılış matçında üz-üzə gələcək Azərbaycan və Portuqaliya milli komandaları arenaya çıxıblar.

Hər iki ölkənin Dövlət himnləri səsləndirilib.

Qadın voleybolçular arasında Avropa çempionatının C qrupunfa Azərbaycan, Niderland, İspaniya, Belçika, Portuqaliya və Rumıniya yığmaları mübarizə aparacaqlar.