Yığmamız Bakıda start götürən AÇ-yə qələbə ilə başladı
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başlayıb.
"Mediasport" xəbər verir ki, komandamız Milli Gimnastika Arenasında təşkil olunan C qrupunun ilk qarşılaşmasında Portuqaliya yığmasını məğlub edib - 3:1.
Qrupumuzdakı növbəti oyunlar sabah keçiriləcək.
Millimizin avqustun 23-də ikinci tur çərçivəsində İspaniya voleybolçuları ilə üz-üzə gələcək.


