Nərgiz İsmayılova Çempionlar Liqası üçün İtaliyaya getdi

 Nərgiz İsmayılova Çempionlar Liqası üçün İtaliyaya getdi

Azərbaycanlı mütəxəssis Nərgiz İsmayılova Avropa Voleybol Konfederasiyasından (CEV) təyinat alıb.

Bu barədə "Mediasport"a Azərbaycan Voleybol Federasiyasından bildirilib.

N.İsmayılova kişilər arasında Çempionlar Liqasının 1/4 final mərhələsində İtaliyanın "Kuçine Lube" və Polşanın "Aluron" komandalarının qarşılaşmasında supervayzer kimi iştirak edəcək.

Bu gün İtaliyada baş tutacaq qarşılaşmanın hakimləri portuqaliyalı Rikardu Ferreyra və yunanıstanlı Vasileios Vasileiadis olacaq.