Azərbaycan yığmaları Avropa çempionatlarına qatılacaqlar
Azərbaycanın çimərlik voleybolu üzrə milli komandaları sentyabrda keçiriləcək müxtəlif yaş qrupları üzrə Avropa çempionatlarında iştirak edəcəklər.
"Mediasport" xəbər verir ki, ilk olaraq U-20 yığmaları 3-6 sentyabr tarixlərində İtaliyanın Battipaqlia şəhərində təşkil olunacaq qitə birinciliyində mübarizə aparacaqlar.
Yarışda ölkəmizi oğlanlar arasında İbrahim Məmmədov / Muhamməd Aslanlı, qızlar arasında isə Səbinə Əlizadə / Leyla Əliyeva cütləri təmsil edəcək.
Daha sonra U-22 milli komandaları 10-13 sentyabr tarixlərində İspaniyanın Madrid şəhərində baş tutacaq Avropa çempionatında iştirak edəcəklər.
Bu yaş qrupunda da Azərbaycanı oğlanlar arasında İbrahim Məmmədov / Muhamməd Aslanlı, qızlar arasında isə Səbinə Əlizadə / Leyla Əliyeva cütləri təmsil edəcək.
U-18 yığmaları isə 17-20 sentyabr tarixlərində Türkiyənin İzmir şəhərində keçiriləcək Avropa çempionatında mübarizə aparacaq.
Bu yarışda oğlanlar arasında Emil Safronov / Tamerlan Tağıyev, qızlar arasında isə Dilarə Ağayeva / Leyla Əliyeva cütü ölkəmizi təmsil edəcək.


