Qarabağ Universitetinin rektoru "Qarabağ" - "Zirə" matçını izlədi

Qarabağ Universitetinin rektoru "Qarabağ" - "Zirə" matçını izlədi

Qarabağ Universitetinin rektoru professor Şahin Bayramov "Qarabağ" Futbol Klubunun qonağı olub.

"Mediasport" xəbər verir ki, görüş Premyer Liqanın XXIX turunun “Qarabağ” - “Zirə” oyunu çərçivəsində baş tutub.

Ağdam klubunun prezidenti Tahir Gözəl və rektor arasında səmimi fikir mübadiləsi aparılıb. Şahin Bayramov “Qarabağ" Futbol Klubunu Qarabağ Universitetinə dəvət edib.

Tahir Gözəl bu dəvətə müsbət münasibət bildirib. O vurğulayıb ki, komandanın yaxın planlarında bölgəyə – o cümlədən Xankəndi və digər azad edilmiş şəhərlərə səfər nəzərdə tutulur:

“Bu təşəbbüsü yüksək qiymətləndiririk. Qarabağ bölgəsinə səfər bizim də planlarımızda var və bu istiqamətdə addımlar atmağa hazırıq”.

Qeyd edək ki, görüş zamanı tərəflər gələcək əməkdaşlıq imkanlarını da müzakirə ediblər.