İntizam Komitəsi "Neftçi"ni 2000, "Qarabağ"ı 2500 manat cərimələdi

 İntizam Komitəsi "Neftçi"ni 2000, "Qarabağ"ı 2500 manat cərimələdi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

"Mediasport" xəbər verir ki, İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edilib:

Misli Premyer Liqası XVII tur 

23 yanvar 2026-cı il tarixində Misli Premyer Liqasında XVII turun “İmişli” – “Araz-Naxçıvan” oyununda “İmişli” komandasında 6 nəfər sarı vərəqə aldığı üçün “İmişli” komandası 700 manat cərimə edilsin (maddə 43.1);

23 yanvar 2026-cı il tarixində Misli Premyer Liqasında XVII turun “İmişli” – “Araz-Naxçıvan” oyununda “Araz-Naxçıvan” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Araz-Naxçıvan” komandası 700 manat cərimə edilsin (maddə 43.1);

23 yanvar 2026-cı il tarixində Misli Premyer Liqasında XVII turun “Neftçi” – “Zirə” oyununda oyun günü planı pozulduğuna görə “Neftçi” komandası 2000 manat cərimə edilsin (maddə 61.1);

24 yanvar 2026-cı il tarixində Misli Premyer Liqasında XVII turun “Qarabağ” – “Kəpəz” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Qarabağ” komandası 2500 manat cərimə edilsin (maddə 86.3);

25 yanvar 2026-cı il tarixində Misli Premyer Liqasında XVII turun “Sabah” – “Karvan-Yevlax” oyununda “Sabah” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Sabah” komandası 700 manat cərimə edilsin (maddə 43.1).