Azərbaycan yığmasının Avropa çempionatı üçün heyəti açıqlandı

Azərbaycan yığmasının Avropa çempionatı üçün heyəti açıqlandı

Azərbaycanın ev sahibliyi edəcəyi qadın voleybolçular arasında Avropa çempionatında yarışacaq milli komandanın yekun heyəti müəyyənləşib.

"Mediasport" xəbər verir ki, C qrupunda mübarizə aparacaq yığmanın kapitanı Ayşən Abduləzimovadır.

Hücumçular: Polina Rəhimova, Yelizaveta Ruban, Marqarita Stepanenko, Kseniya Pavlenko, Nərminə Musayeva, Ülkər Kərimova.

Blokçular: Ayşən Abduləzimova, Mariya Kirilyuk, Aynur İmanova.

Toppaylayıcılar: Kristina Besman, Raziyə Əliyeva.

Liberolar: Yuliya Kərimova, Bəyaz Quluyeva, Ceyran İmanova.

Baş məşqçi: Faiq Qarayev.

Köməkçi məşqçilər: Emin Əbilov, Ziya Rəcəbov.

C qrupunun oyunları avqustun 21-dən 28-dək Bakıda keçiriləcək.