Agenti Elvin Cəfərquliyev üçün klub axtarışına çıxıb - AÇIQLAMA
"Qarabağ” onun transferə çıxarılmasına razılıq verdi və biz bu barədə başqa klublarla danışıqlar aparırıq".
"Mediasport" "Qafqazinfo"ya istinadən xəbər verir ki, bunu Elvin Cəfərquliyevin agenti Tural Əsgərov deyib.
O, Azərbaycan millisinin üzvünün hazırda hər hansısa bir klubla razılıq əldə etmədiyini söyləyib:
"Hazırda razılaşdığımız və ya anlaşdığımız heç bir klub yoxdur. Əgər hər hansısa klubla razılığa gəlsək, "Qarabağ"la da transfer məbləğində anlaşsaq, bu keçid baş tutacaq”.
Xatırladaq ki, Azərbaycan millisinin üzvü nizam-intizam qaydalarını pozduğu üçün "köhlən atlar"ın əsas heyətindən kənarlaşdırılıb.
Abbas Hüseynov da eyni səbəbdən dolayı Ağdam təmsilçisinin əvəzedicilərdən ibarət komandasına göndərilib.


