Arif Əsədovun oğlu karyerasını bölgə klubunda davam etdirəcək
Futbol üzrə Azərbaycan 1-ci Liqasında 2026/2027 mövsümünə hazırlaşan “Şahdağ Qusar” heyətini yeni futbolçu ilə gücləndirib.
"Mediasport" xəbər verir ki, şimal təmsilçisi Gülağa Əsədovu transfer edib.
23 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə bağlanıb.
Xatırladaq ki, son mövsümü bu liqada “Ordu”da keçirmiş vinger veteran futbolçu Arif Əsədovun oğludur.



