"AGF Trophy" beynəlxalq turnirində 16 gimnastımız gücünü sınayacaq

"AGF Trophy" beynəlxalq turnirində 16 gimnastımız gücünü sınayacaq

Azərbaycanda keçiriləcək "AGF Trophy" beynəlxalq turnirində Azərbaycanı 16 idmançı təmsil edəcək.

"Mediasport" xəbər verir ki, qızların mübarizəsində Nazənin Teymurova, Dəniz Əliyeva, Aytən Məmmədova, Xədicə Abbaszadə, Albina Əliyeva, Leyla Məmmədzadə, Aynaz Məcidzadə və Lalə Zamanlı mübarizə aparacaqlar.

Oğlanlar yarışında isə Rəsul Əhmədzadə, Aydın Əlizadə, Nikita Simonov, Miryusif Əhmədzadə, İlham Salayev, Mahir Səlimov, İsgəndər Cavadzadə və Məhəmməd Rüstəmzadə birincilik uğrunda qüvvələrini sınayacaqlar.

Mayın 14-16-da təşkil olunacaq "AGF Trophy"də Özbəkistan, Ukrayna və Macarıstandan və neytral statuslu idmançılar (AİN) iştirak edəcəklər.