Azərbaycanın bu rayonunda ilk cüdo zalı açıldı - FOTOLAR

Azərbaycanın bu rayonunda ilk cüdo zalı açıldı - FOTOLAR

Samuxda ilk cüdo zalı fəaliyyətə başlayıb.

Azərbaycan Cüdo Federasiyasından (ACF) "Mediasport"a verilən məlumata görə, yeni zal Samux rayonu Sərkar kənd tam orta məktəbində açılıb.

Federasiya tərəfindən zal müasir standartlara uyğun tatamilər və məşq prosesi üçün zəruri avadanlıqlarla təchiz olunub.

Burada 80 uşaq və yeniyetmənin cüdo ilə məşğul olması üçün əlverişli şərait yaradılıb.