Millimizin üzvündən dünya çempionatında daha bir medal

Azərbaycan paraüzgüçüsü Raman Salei (S12 kateqoriyası) Sinqapurda keçirilən dünya çempionatının daha bir medal qazanıb.
"Mediasport" xəbər verir ki, idmançı üçüncü yarış günündə gümüş mükafat əldə edib.
O, 50 metr məsafəyə sərbəst üsulla üzməkdə 24:27 nəticə ilə ikinci yeri tutub.
Qeyd edək ki, R.Salei yarışda bunadək 100 metr məsafəyə arxasıüstə üzmə üsulunda dünya çempionu olub, 100 metr məsafəyə "butterfly" (kəpənək) üsulunda isə bürünc emdala sahib çıxıb.