Vüsalə Kazımova Serbiyada olacaq

 Vüsalə Kazımova Serbiyada olacaq

Azərbaycan Voleybol Federasiyasının həkimi Vüsalə Kazımova Serbiyada keçirilən Millətlər Liqasında qadın və kişi komandaların oyunlarında iş başında olacaq.

"Mediasport" xəbər verir ki, Beynəlxalq Voleybol Federasiyasının Tibb Komissiyasının üzvü həmin yarışda tibbi nümayəndə qismində fəaliyyət göstərəcək.

O, yarış zamanı tibbi xidmətlərin beynəlxalq standartlara uyğun təşkilinə, tibbi təminatın koordinasiyasına və həyata keçirilməsinə nəzarəti təmin edəcək.

Ötən gün başlayan qadınların yarışı iyulun 12-də başa çatacaq. Kişilərin mübarizəsi iyulun 15-19-u aralığında keçiriləcək.