Yığmamız Yunanıstana getdi
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına hazırlığı Yunanıstanda davam etdirəcək.
"Mediasport" xəbər verir ki, komandamız bu məqsədlə Afinaya yola düşüb.
İyulun 27-dən avqustun 1-nə kimi davam edəcək təlim-məşq toplanışı çərçivəsində millimizin yoxlama oyunları keçirməsi də nəzərdə tutulur.
Qeyd edək ki, ölkəmiz C qrupuna ev sahibliyi edəcək. Bu qrupda Azərbaycan, Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya milli komandaları mübarizə aparacaqlar.
Bakıdakı qarşılaşmalar 21-28 avqust tarixlərində Milli Gimnastika Arenasında keçiriləcək.


