"Qarabağ"ın azarkeşləri biletləri yalnız nağd ödənişlə ala biləcəklər
İyulun 16-da UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində İslandiyada "Vestri"nin qonağı olacaq "Qarabağ" azarkeşlərinə müraciət edib.
"Mediasport" xəbər verir ki, Ağdam təmsilçisi fanatları biletlərini matç günü görüşün start fitindən 1 saat öncə stadionun "Away" sektorunun giriş əldə edə bilərlər:
Bildirilib ki, biletlərin qiyməti 21 avrodur və bilet satışı yalnız nağd ödəniş üsulu ilə həyata keçiriləcək:
"Bilet əldə etmək istəyən şəxslərdən xahiş olunur ki, şəxsiyyətinizi təsdiq edən sənəd üzərinizdə olsun".
Qeyd edək ki, qarşılaşma Bakı avxtilə saat 23:59-da start götürəcək.


