Bu klub Durana görə "Qarabağ"a 8 milyon avroluq təklif göndərdi

Bu klub Durana görə "Qarabağ"a 8 milyon avroluq təklif göndərdi

"Qarabağ"ın futbolçusu Kamilo Duran karyerasını Meksikada davam etdirə bilər.

"Mediasport" xəbər verir ki, ötən mövsüm UEFA Çempionlar Liqasında ideal perfomansı ilə diqqət çəkən vingeri "Krus Asul" transfer etmək istəyir.

Şimali amerikalıların 24 yaşlı kolumbiyalıya görə Ağdam klubuna 8 milyon avro məbləğində təzminat ödəməyə hazır olduqları bildirilir.

"Atlılar"la 2028-ci ilin yayınadək müqaviləsi olan cənubi amerikalının adı İspaniyanın 2-ci Liqa klublarının da transfer siyahısında yer alır.

Xatırladaq ki, "Qarabağ"a ötən ilin avqustunda qoşulan Duran bütün turnirlər daxil 45 oyun keçirib, 15 qol vurub, 10 assist edib.