Avropa çempionatı: Millimiz səfərdə Malta ilə görüşür

 Avropa çempionatı: Millimiz səfərdə Malta ilə görüşür

Bu gün 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millis komandasıAvropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.

"Mediasport" xəbər verir ki, komandamız Maltada təşkil olunan raundun son görüşündə yerli kollektivlə qarşılaşacaq.

Ta Qali şəhərində keçiriləcək matç Bakı vaxtı ilə 14:00-da start götürəcək.

Xatırladaq ki, milli qrupun əvvəlki görüşlərində Çexiyaya 1:6, Şimali İrlandiyaya 0:1 hesabı ilə məğlub olub.