Yığmamız AÇ-nin pley-off mərhələsində Türkiyə ilə üz-üzə
Bakıda keçirilən qadın voleybolçular arasında Avropa çempionatının C qrupunun oyunlarına yekun vurulub.
"Mediasport" xəbər verir ki, Azərbaycan yığması son tur görüşündə Niderland seçməsi ilə qarşılaşıb.
Milli Gimnastika Arenasında baş tutan 5-ci tur dueli "narıncılar"ın qələbəsi ilə yekunlaşıb - 3:1.
Niderlandlılar ilk setdə məğlub olsalar da, geridönüş ediblər - 25:15, 16:25, 22:25, 19:25.
İlk 3 matçda qələbə qazanna yığmamız 8 xalla qrup 4-cüsü olmaqla pley-offa vəsiqə əldə edib.
Faiq Qarayevin komandası 1/8 finalda A qrupunun 2-cisi Türkiyə voleybolçuları ilə üz-üzə gələcək.
1/8 final sentyabrın 1-i Bakı vaxtilə saat 20:00-da İstanbulda reallaşacaq.


