Avropa çempionatı: Yığmamız Bakıda darmadağın edildi!

Avropa çempionatı: Yığmamız Bakıda darmadağın edildi!

Qadın voleybolçulardan ibarət Azərbaycan yığması Bakıda təşkil olunan Avropa çempionatının C qrupunda növbəti oyununu keçirib.

"Mediasport" xəbər verir ki, Faiq Qarayevin komandası 4-cü turda Belçika millisi ilə qarşılaşıb.

Görüş rəqibin darmadağını ilə nəticələnib - 3:0 (25:19, 25:22, 25:23).

Əvvəlki 3 görüşdə qələbə qazanan komandamız 8 xalla qrupda 3-cü pillədə qərarlaşıb, Belçika 11 xalla liderdir.