Milli komandamızın Belçika ilə AÇ matçı üçün yekun heyəti açıqlandı

 Milli komandamızın Belçika ilə AÇ matçı üçün yekun heyəti açıqlandı

Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının təsnifat mərhələsi üçün heyəti açıqlanıb.

"Mediasport" xəbər verir ki, baş məşqçi Fərid Cəlalov Belçika ilə qarşılaşmada 14 oyunçunun xidmətindən istifadə edəcək.

B qrupunda yer alan komandamız Roeselar şəhərinə yola düşüb.

Xatırladaq ki, ötən il komandalar arasında baş tutan ilk oyunda millimiz 0:3 hesabı ilə məğlub olmuşdu.

Azərbaycan millisi:

Hücumçular: Vüsal Qurbanov, Andrey Melnikov, Cavid Əzimov, Aslan Həmidov, Ruslan Əliyev, Kənan Həsənli, Mirəşrəf Rzazadə;

Blokçular: Elmin Alışanov, Mərdan Məmmədov, Ramazan Ağabəyov;

Toppaylayıcılar: Mirhasil Seyidli, Əmirmehdi Ablu;

Liberolar: Kənan Allahverdiyev, Nihad Qasımov.