Azərbaycan klubu Çempionlar Liqasında növbəti oyununa çıxır
Bu gün kişi voleybolçulardan ibarət “Xilasedici” komandası CEV Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində ilk oyununu keçirəcək.
"Mediasport" xəbər verir ki, Azərbaycan çempionu Bakıda Sloveniyanın “ACH Volley" kollektivini qəbule dəcək.
Fövqəladə Hallar Nazirliyinin idman zalında təşkil olunacaq görüş saat 18:00-da başlayacaq.
Komandalar arasında cavab matçı noyabrın 26-da Sloveniyanın paytaxtı Lüblyanada baş tutacaq.
Xatırladaq ki, təmsilçimiz əvvəlki raundda "Sportinq"i (Portuqaliya) mübarizədən kənarlaşdırıb.

