Yığmamız Avropa çempionatı üçün İspaniyaya yola düşdü
18 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının II təsnifat mərhələsində iştirak edəcək.
"Mediasport" xəbər verir ki, komanda bu gün yarışın keçiriləcəyi İspaniyaya yola düşüb.
Milli Kadis şəhərində təşkil olunacaq turnirdə C qrupunda mübarizə aparacaq.
Baş məşqçi Şahin Çatmanın rəhbərlik etdiyi kollektivin rəqibləri meydan sahibi ilə yanaşı, Estoniya və Niderland yığmaları olacaq.
Qeyd edək ki, 27–29 mart tarixlərində təşkil olunacaq AVRO-2026-nın II təsnifat mərhələsində ümumilikdə 20 komanda 5 qrupda qüvvəsini sınayacaq.
Reqlamentə əsasən, yalnız qrup qalibləri qitə çempionatının final mərhələsinə vəsiqə qazanacaqlar.
