Azərbaycanda yeni yaradılmış klub heyətini braziliyalı ilə gücləndirdi
Azərbaycanda yeni yaradılmış "DH Volley" klubu heyətini gücləndirməkdə davam edir.
"Mediasport" xəbər verir ki, Bakı təmsilçisi braziliyalı Sonali Monteyro Sidrao ilə müqavilə bağlayıb.
Cənubi amerikalı voleybolçu ilə anlaşma 2025/2026-cı illər mövsümnün sonuna qədər nəzərdə tutulub.
