Avropa çempionatı rəqiblərimiz: İspaniya, Estoniya və Avstriya

16 yaşadək oğlan voleybolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının II təsnifat mərhələsində iştirak edəcək.
"Mediasport" xəbər verir ki, yığmamız yarışa ev sahibliyi edəcək İspaniyaya yola düşüb.
U-16 B qrupunda İspaniya, Estoniya və Avstriya komandaları ilə mübarizə aparacaq.
Yarışda Azərbaycan yığmasına Cahangir Seyed Abbasi rəhbərlik edəcək.
Qeyd edək ki, aprelin 25-27-si aralığında İspaniyada keçiriləcək qitə birinciliyinin II təsnifat mərhələsində 20 komanda 5 qrupda mübarizə aparacaq.
Qruplarda ilk iki pillədə qərarlaşacaq kollektivlər, həmçinin üçüncü yeri tutacaq ən yaxşı iki komanda yarışın final mərhələsinə vəsiqə qazanacaqlar.