Roko Sikiriç Bakıya səfər edəcək

Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Roko Sikiriç Bakıya səfər edəcək.
"Mediasport" xəbər verir ki, qurum rəhbəri sabah və aprelin 25-də Milli Gimnastika Arenasında təşkil olunacaq qadın və kişi voleybolçuların Yüksək Liqasında final oyunlarını izləyəcək.
Qaliblərin mükafatlandırma mərasimində iştirak edəcək Sikiriçin səfər çərçivəsində bəzi görüşləri nəzərdə tutulub.