Millimiz İspaniyaya məğlub oldu
Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Avropa Liqasında növbəti oyununa çıxıb.
"Mediasport" xəbər verir ki, qadınlardan ibarət yığmamız İspaniyaya uduzub.
Xatırladaq ki, millimiz buna qədər Şimali Makedoniyanı məğlub edib - 3:0 (25:13, 25:15, 25:18).
Avropa Liqası
Qadınlar
İspaniya - Azərbaycan 3:1 (25:19, 22:25, 25:19, 25:23)


