Bakı klubu italiyalı mütəxəssislə 1 illik yeni müqavilə bağladı

Bakı klubu italiyalı mütəxəssislə 1 illik yeni müqavilə bağladı

Qadın voleybolçular arasında son ölkə çempionu “Azərreyl” baş məşqçisi Paolo Tofoli ilə müqavilə müddətini uzadıb.

"Mediasport" xəbər verir ki, “dəmiryolçular” italiyalı mütəxəssislə 1 illik yeni sözləşmə imzalayıblar.

Xatırladaq ki, paytaxt təmsilçisi Paolo Tofolinin rəhbərliyi altında son mövsüm Yüksək Liqanın çempionu olub.

Apenninli 2024-cü ildən Bakı təmsilçisində işləyir.