Dünya Kuboku yarışının birinci mərhələsi Bakıda təşkil olunacaq
2026-cı ilin oktyabr ayında Bakı Su İdmanı Sarayı üzgüçülük idmanının ən nüfuzlu yarışlarından birinə - “Silk Way” (İpək Yolu) Dünya Kubokuna ev sahibliyi edəcək.
"Mediasport" xəbər verir ki, Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyev və Dünya Su İdmanı Federasiyasının (World Aquatics) prezidenti Hüseyn Əl-Müsəlləm 2026-cı ilin 1-3 oktyabr tarixlərində Dünya Kubokunun Bakıda keçirilməsinə dair rəsmi müqavilə imzalayıblar.
İmzalanma mərasimində gənclər və idman naziri Fərid Qayıbov da iştirak edib.
Qeyd edək ki, Bakıda “Silk Way” Dünya Kubokunun ilk mərhələsi təşkil olunacaq.
Yarışın növbəti mərhələləri 8-10 oktyabrda Daşkənd (Özbəkistan) və 15-17 oktyabrda isə Astana (Qazaxıstan) şəhərlərində keçiriləcək.
