Millimiz son oyunda da uduzdu

  Millimiz son oyunda da uduzdu

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasında mübarizəni başa vurub.

"Mediasport" xəbər verir ki, Bakıda keçirilən üçüncü turun son qarşılaşmasında millimiz Portuqaliya yığması ilə üz-üzə gəlib.

Oyun rəqibin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Avropa Liqasında ümumilikdə altı oyun keçirən millimiz Yunanıstan, İsveç, Rumıniya və İspaniyaya 0:3, Macarıstan və Portuqaliyaya isə 1:3 hesabı ilə məğlub olub.

Beləliklə, komandamız turniri qələbə və xal qazanmadan başa vurub.

Reqlamentə əsasən, yarışda iştirak edən 27 komanda arasında ilk dörd yeri tutan kollektivlər Dördlər Finalına vəsiqə qazanırlar.

Turnirin yarımfinal və final oyunları 27 iyun - 12 iyul tarixlərində keçiriləcək.

Avropa Liqası

Azərbaycan - Portuqaliya 1:3 (25:21, 16:25, 12:25, 19:25)