Azərbaycanın gələcəyi AÇ-nin qrup oyunlarının hamısında məğlub oldu

 Azərbaycanın gələcəyi AÇ-nin qrup oyunlarının hamısında məğlub oldu

16 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan yığması Avropa çempionatının 2-ci mərhələsində uğursuz çıxış edib.

"Mediasport" xəbər verir ki, millimiz qrupda keçirdiyi hər üç görüşü məğlub başa vurub.

B qrupunda yer alan voleybolçularımız Avstriya, İspaniya və Estoniyadan olan həmyaşıdlarına uduzaraq mübarizəni dayandırıblar.

Raundun qarşılaşmaları İspaniyada baş tutub.


Avropa çempionat. 2-ci seçmə mərhələ. B qrupu


Azərbaycan - Estoniya 0:3 (13:25, 14:25, 17:25)

Azərbaycan - İspaniya 0:3 (10:25, 13:25, 9:25)

Avstriya - Azərbaycan 3:1 (25:12, 25:17, 24:26, 25:16)