"Qarabağ"ın sabiq üzvü Qurban Qurbanov haqda nə paylaşdı?

"Qarabağ"ın sabiq üzvü Qurban Qurbanov haqda nə paylaşdı?

2017-2018-ci illər mövsümündə icarə əsasında "Qarabağ"da forma geyinmiş Pedro Enrike maraqlı paylaşımı ilə diqqət çəkib.

"Mediasport" xəbər verir ki, braziliyalı forvard sosial şəbəkə hesabında Qurban Qurbanovun "Qarabağ" - "Sabah" oyununda Elvin Cəfərquliyevlə Akim Zedadka arasındakı gərginliyi sakitləşdirdiyi görüntüləri əks etdirən videoparçanı paylaşıb.

"Sambaçı" alqış emojisi ilə keçmiş baş məşqçisinin centlmenliyinə işarə edib.

Xatırladaq ki, Pedro "atlılar"ın heyətində 19 oyun keçirib, 3 qolla yadda qalıb.

Cənubi amerikalı karyerasını vətənində - 1-ci Liqa klubu "Seara"da davam etdirir.