Rəşad Sadıqov Gəncədə Şəhidlər xiyabanını ziyarət etdi

 Rəşad Sadıqov Gəncədə Şəhidlər xiyabanını ziyarət etdi

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov və klubun nümayəndə heyəti Gəncə Şəhidlər xiyabanını ziyarət edib.

"Mediasport" xəbər verir ki, ziyarət zamanı Gəncə şəhidlərinin xatirəsinə ucaldılmış Əbədi məşəl kompleksinə, eləcə də klubun futbolçusu olmuş İlqar Burcəliyevin məzarı önünə əklillər qoyulub, onların əziz xatirəsi dərin ehtiramla yad edilib.

Komandanın nümayəndələri, həmçinin Gəncənin raket atəşinə tutulması nəticəsində həlak olmuş mülki şəxslərin məzarlarını ziyarət edərək faciənin 6-cı ildönümündə onların xatirəsini ehtiramla anıblar.