Azərbaycan çempionu məlum oldu - "Neftçi"dən bürünc medal

 Azərbaycan çempionu məlum oldu - "Neftçi"dən bürünc medal

Kişi voleybolçular arasında Yüksək Liqada Azərbaycan çempionu müəyyənləşib.

"Mediasport" xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan final qarşılaşmasında "Xilasedici" və "Ordu" komandaları üz-üzə gəliblər.

Görüş birincilərin qələbəsi ilə yekunlaşıb - 3:1 (24:26, 25:16, 27:25, 25:21).

Çempion komandaya kubok və medallar, həmçinin 2-ci və 3-cü yeri tutmuş komandalara medallar təqdim olunub.

Xatırladaq ki, bürünc medalları "Murov Az Terminal"a 3:0 hesabı ilə qalib gələn "Neftçi" qazanıb.

Yekunda çempionatın ən yaxşı voleybolçularının adları və mövsümün rəmzi heyəti açıqlanıb:

“Ən dəyərli oyunçu” (MVP) – Reyes Rodriges (“Xilasedici”)

“Ən gənc və perspektivli oyunçu” – Fərhat Cenkel (“Murov Az Terminal”)

Rəmzi komanda:

“Ən yaxşı toppaylayıcı” – Roman Qurskiy (“Xilasedici”)

“Ən yaxşı hücumçu” – Aleksandr Popleteev (“Xilasedici”)

“Ən yaxşı hücumçu” – Willian Rabel (“ORDU”)

“Ən yaxşı libero” – Kənan Allahverdiyev (“ORDU”)

“Ən yaxşı orta oyunçu”– Gustavo Almora (“Xilasedici”)

“Ən yaxşı orta oyunçu”– Carabali Aleksadr (“Neftçi”)

“Ən yaxşı diaqonal oyunçu” - Romero Jose (“Neftçi”)