Yığmamız İsveçə yola düşdü

Gümüş Avropa Liqasında çıxış edəcək kişi voleybolçulardan ibarət Azərbaycan millisi ilk turun oyunları üçün İsveçə yollanıb.
"Mediasport" xəbər verir ki, yığma yarışda ilk oyununu iyunun 6-da ev sahibi İsveç seçməsinə qarşı keçirəcək.
Komandanın növbəti qarşılaşması iyunun 7-də Gürcütsana qarşı olacaq.
Qeyd edək ki, Azərbaycan millisinin Gümüş Avropa Liqasındakı ikinci tur oyunları 13-15 iyun aralığında Bakıda, üçüncü tur isə 20-22 iyun aralığında Farer adalarında baş tutacaq.