Dünya çempionatının oyunları Azərbaycanda canlı yayımlanacaq

Dünya çempionatının oyunları Azərbaycanda canlı yayımlanacaq

Klublararası dünya çempionatının oyunları Azərbaycanda canlı yayımlanacaq.

"Mediasport" xəbər verir ki, azarkeşlər yarışı “Azad Azərbaycan” (ATV) telekanalı vasitəsilə izləyə biləcəklər. 

Mundial iyunun 14-dən iyulun 13-dək davam edəcək.

Dünya çempionatı ABŞ-də keçiriləcək.

Turnir tarixdə ilk dəfə 32 komandanın iştirakı ilə keçiriləcək. Komandalar 8 qrupa bölünəcəklər.