Elvin sığınacaqdakı videosu ilə məşhurlaşan Əkbərlə görüşdü
“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev Qadın və Uşaq Sığınacağında UEFA Çempionlar Liqasının "Ayaks"la oyununu izləyən uşaqla görüşüb.
"Mediasport" xəbər verir ki, Əkbər Zülfüqarov ad-soyadlı balaca azarkeşin müdafiəçi ilə şəkli sosial şəbəkələrdə paylaşılıb.
Cəfərquliyev ona imzalı formasını hədiyyə edib.
Xatırladaq ki, Əkbərin videosu son günlər sosial şəbəkələrdə viral olub.
Ağdam təmsilçisinin balaca ilə kollektiv görüşəcəyi də bildirilir.
