Azarkeşlər üçün VACİB XƏBƏR: Stadiona vaxtında gəlməsəniz...
Dekabrın 10-da UEFA Çempionlar Liqasının əsas mərhələsinin 6-cı turu çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda Niderlandın "Ayaks" klubunu qəbul edəcək "Qarabağ" azarkeşləri üçün məlumat paylaşıb.
"Mediasport" xəbər verir ki, Ağdam klubu oyuna bilet almış azarkeşlərin arenaya erkən gəlməli olduqlarını tövsiyə edib:
"Bu, stadiona rahat daxil olmağınıza, sıxlıqdan yayınmağınıza və komandamızın isinmə hərəkətlərini tam dolu tribunalar qarşısında həyata keçirərək əlavə motivasiya qazanmasına imkan verəcək.
Oyun başlayandan 20 dəqiqə sonra stadiona giriş məhdudlaşdırılacaq".
Qeyd edək ki, qapılar qarşılaşmaya 2 saat 30 dəqiqə (saat 19:15) qalmış açılacaq.
Qarşılaşma saat 21:45-də başlanacaq.
