"Şamaxı"dan ayrılan hücumçu "Qəbələ" ilə müqavilə bağladı

 "Şamaxı"dan ayrılan hücumçu "Qəbələ" ilə müqavilə bağladı

"Qəbələ" yeni futbolçu ilə anlaşıb.

"Mediasport" xəbər verir ki, bölgə klubu Kərim Rossi ilə anlaşıb.

"Şamaxı"dan ayrılan isveçrəli hücumçu ilə 2 illik müqavilə imzalanıb.

Forvard son mövsüm Premyer Liqa və Azərbaycan Kubokunda ümumilikdə 35 oyunda 13 qol vurub.