Baş katib Şamaxıya yollandı

AFFA-nın baş katibi Cahangir Fərəcullayev Şamaxıya yollanıb.
"Mediasport" xəbər verir ki, federasiya rəsmisi şəhər stadionunda Premyer Liqanın 33-cü turunun "Şamaxı" - "Səbail" qarşılaşmasını izləyir.
Qonaqlar arasında Şamaxının İcra başçısı Tahir Məmmədov və Xalq artisti, tanınmış gülüş ustası İlham Namiq Kamal da var.
Hazırda davam edən görüşdə meydan sahibləri qalib gəlirlər - 1:0.