"Matç" TV-dən atmaca: "Barsa"nı qonaq çağırmayın, ağrıdıcı olacaq"
Rusiyanın "Matç" TV kanalı Azərbaycanın UEFA Çempionlar Liqasının əsas mərhələsində təmsilçisi "Sabah"a atmaca ünvanlayıb.
"Mediasport" xəbər verir ki, telekanalın sosial şəbəkə hesablarında "Barselona" ilə oyunun nəticəsi təqdim edilərək istehzalı yanaşma nümayiş olunub.
Kanalın paylaşımında "Barsa"nı qonaq çağırmayın. Ağrıdıcı olacaq" ifadəsi yazılıb.
Xatırladaq ki, dünən Bakıda keçirilən görüşdə İspaniya nəhəngi 4:1 hesablı qələbə qazanıb.
Beynəxalq futbol təşkilatları Ukrayna ilə müharibə səbəbindən Rusiyanın milli və klublarını 4 ildir yarışlara buraxmır.


