"İşimiz asan olmayacaq" - Yeni baş məşqçi təyinatından danışdı
“Şəfa” mənim üçün doğma klubdur. Futbolçu kimi çıxış etdiyim komandaya baş məşqçi kimi döndüyüm üçün şadam".
"Mediasport" xəbər verir ki, bu sözləri “Şəfa”nın yeni baş məşqçisi Zaur Həşimov deyib.
Paytaxt klubunun çalışdırıcısı təyinatı ilə bağlı düşüncələrini bölüşüb:
“Şəfa” uzun illər sonra Premyer Liqaya qayıtdı. Bu, bizim üçün böyük məsuliyyətdir. Etimada görə klubun prezidenti Kənan Sadıqlıya təşəkkür edirəm".
O, Premyer Liqada işlərinin çətin olacağıbı vurğulayıb:
"Əlbəttə, işimiz asan olmayacaq. Ölkə çempionatının startına 2 aydan bir qədər artıq vaxt qalıb. Bu, yeni komanda üçün elə də uzun müddət deyil.
Görüləcək işlər çoxdur. Heyətlə bağlı planlarımız var. Komandada olan futbolçular barədə qərar verəcəyik.
Yeni transferlərimiz də olacaq. Mənim bu komandaya gəlməyimdə əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”.
Xatırladaq ki, komandanı Premyer Liqaya çıxaran Elgiz Kərəmli ilə vidalaşan "Şəfa" Zaur Həşimovla 3 illik müqavilə bağlayıb.


