“Neftçi”dən xahiş edirik ki, imkan varsa, oyun təxirə salınsın"

 “Neftçi”dən xahiş edirik ki, imkan varsa, oyun təxirə salınsın"

“Neftçi”dən xahiş edirik ki, imkan varsa, oyun təxirə salınsın. Amma qərar onlarındır".

"Mediasport" xəbər verir ki, bunu Azərbaycan Dövlət Televiziyasına açıqlamasında "Qarabağ"ın prezidenti Tahir Gözəl deyib.

Ağdam klubunun rəhbəri fevralın 21-də "Neftçi" ilə Premyer Liqa matçının təxirə salınmasını istədiklərini bildirib:

"Qrafikimiz çox ağırdır, çox çətindir. “Neftçi” ilə daim təmasdayıq. Hər bir qərarlarına böyük ehtiramla yanaşacağıq".

Qeyd edək ki, "Qarabağ" fevralın 18-də və 24-də UeFA Çempionlar Liqasının pley-off mərhələsində İngiltərənin "Nyukasl" komandası ilə qarşılaşacaq.